“Real” Rüdigeri toxunulmaz hesab edir

“Real”ın və Almaniya yığmasının müdafiəçisi Antonio Rüdiger Səudiyyə Ərəbistanına köçmək istəyində deyil.

Sports.az xatırladır ki, daha əvvəl “Əl-Nəsr” Rüdigerin xidmətində maraqlı olduğunu və onu öz mövqeyində ən bahalı futbolçuya çevirməyə hazır olduğunu bildirmişdi.

Öz növbəsində Rüdiger bütün diqqətini “Real”a cəmlədiyini bildirib. “Real” isə alman müdafiəçi ilə ayrılmasında maraqlı olmadığını bildirməklə yanaşı, Rüdigeri toxunulmaz hesab etdiyini vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar