“Vest Hem” Mazraui uğrunda mübarizədən əl üzdü

“Vest Hem” futbolçunun tərəfi ilə müqavilə şərtlərində razılıq əldə edə bilmədiyindən, “Bayern”in müdafiəçisi Nussayr Mazrauinin keçidi ilə bağlı danışıqlardan çıxıb.

Sports.az xəbər verir ki, daha əvvəl “çəkicdöyənlər”in Almaniya nəhənginin 26 yaşlı sağ cinah müdafiəçisinin keçidi ilə bağlı artıq razılıq əldə etdiyi haqda məlumat yayılmışdı.

Hazırda, “Mançester Yunayted” Nussayr Mazrauini israrla transfer etməyə çalışdığı və danışıqların artıq aparıldığı vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar