“Çelsi” “Vilyarreal”ın qapıçısına görə ispan klubuna təklif ünvanladı

“Çelsi” 22 yaşlı qapıçı Filip Yörgensen müqabilində “Vilyarreal”a 17 milyon funt-sterlinq (20,1 milyon avro) məbləğində təklif ünvanlayıb.

Sports.az xəbər verir ki, danimarkalı qapıçı da London klubuna keçmək və əsas heyətə düşmək üçün Robert Sançeslə yarışmaq arzusunda olduğunu bildirir.

“Vilyarreal”ın Yörgensenin satışından 21 milyon funt-sterlinq (24,9 milyon avro) məbləğində qazanc götürmək niyyətində olduğu vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar