De Xea “Cenoa”ya qoşula bilər

“Mançester Yunayted”in 33 yaşlı ispan keçmiş qapıçısı David De Xea İtaliya A Seriyasında çıxış edən “Cenoa” ilə müqavilə imzalamağa hazırdır.

Sports.az xəbər verir ki, “Cenoa” rəhbərliyi ispan qapıçının kluba uyğun olub-olmadığına qərar verməli olacaq.

Klub rəhbərliyi De Xeanın səviyyəsinə şübhə etməsə də, son bir mövsüm ərzində qapıçının oyun tərübəsinin olmamasından qayğılanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar