“Roma” Dovbik uğrunda mübarizədə “Atletiko”nu üstələdi

“Jirona”nın hücumçusu Artyom Dovbik ona illik 3 milyon avro məbləğində maaşla müddəti 2029-cu ilə qədər müqavilə təklif edən “Roma” ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.

Sports.az xəbər verir ki, ukraynalı futbolçunun transferi üçün “canavarlar”la yarışan Madrid “Atletiko”su isə Dovbikə 2,5 milyon avro məbləğində maaş təklif edib.

Belə mənzərədə isə ukraynalı hücumçu daha yaxşı təklifi qiymətləndirməyə üstünlük verib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar