Dovbikin nümayəndələri İtaliya paytaxtına gəldilər

“Jirona”nın ukraynalı hücumçusu Artyom Dovbikin agentləri futbolçunun “Roma”ya transferini tamamlamaq məqsədilə Romaya uçublar.

Sports.az xəbər verir ki, futbolçunun özü də karyerasını İtaliyada davam etdirməyin əleyhinə deyil və paytaxt klubu ilə yekun razılaşmaları başa vurduqdan sonra dərhal tibbi müayinədən keçməyə hazırdır.

Daha əvvəl, Dovbikin Madrid “Atletiko”suna keçməyə yaxın olduğu bildirilirdi. Amma “Roma” daha sərfəli şərtlər irəli sürərək, ukraynalı futbolçunun transferinə nail olmaqda israrlıdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar