“Zenit” Vendeli Səudiyyə Ərəbistanı klublarından birinə satmaq istəyir

Səudiyyə Ərəbistanı klubları Sankt-Peterburq “Zenit”indən 26 yaşlı braziliyalı yarımmüdafiəçi Vendel haqqında məlumat istəyiblər.

Sports.az xəbər verir ki, “Zenit” braziliyalı futbolçunun transferi məqsədilə məhz Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar aparmağa üstünlük verir.

Bundan əvvəl “Zenit” Vendelin 20 milyon avro məbləğində sabit ödəniş və 5 milyon avro məbləğində əlavə üstəlik ödənişi müqabilində “Qalatasaray”a keçidinə “ağız büzmüşdü”. 

Vurğulanır ki, “Zenit” Vendelin müqabilində 25 milyon avro məbləğində sabit ödəniş almaq istəyir, buna isə maddi imkanları gen-bol olan ərəb klubları qol qoya bilərlər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar