“Qarabağ”ın rəqibi “Çelsi”nin sabiq futbolçusunu transfer etdi

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən "Olimpiakos" (Yunanıstan) heyətini məşhur futbolçu Villianla gücləndirib.

Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Braziliya millisinin sabiq üzvü daha əvvəl İngiltərədə "Çelsi", "Arsenal" və "Fulhem" kimi klubların şərəfini qoruyub.

"Qarabağ" "Olimpiakos"la 2025-ci il yanvar 30-da səfərdə qarşılaşacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar