Lunin “Real”ı tərk edəcəyi haqda klub rəhbərliyinə məlumat verdi

“Real”ın ukraynalı qapıçısı Andrey Lunin Madriddən gələn təklifə rəğmən, “Kral klubu” ilə müqaviləsinin müddətini hələ də uzatmayıb.

Sports.az xəbər verir ki, bu yaxınlarda “Real”ın prezidenti Florentino Peres Luninlə təcili görüş keçirərək, qapıçının Madrid klubundakı gələcəyini müzakirə edib.

Ukraynalı qapıçı Peresə açıq şəkildə bildirib ki, o, hazırkı müqaviləsini yekunlaşdırmaq və 2025-ci ilin yayında azad agent qismində Madridi tərk etmək niyyətindədir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar