Ançelotti Vinisiusun Mbappeyə comərdliyindən söhbət açıdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 4-cü turunda “Betis”lə oyunda (2:0) “qaymaqlılar”ın əsas penaltiçisi, braziliyalı cinah oyunçusu Vinisius Juniorun 11 metrlik zərbəni komandanın yeni transferi, fransalı ulduz hücumçu Kilian Mbappeyə vurmaq hüququ verməsindən söhbət açıb.

Sports.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Penaltini Mbappe yerinə yetirdi? Vinisius ona bu hüququ verdi, onun üçün qol vurmaq vacibdir. Amma biz komanda işini daha çox qiymətləndiririk və bu, son oyundan daha yaxşı idi. Vinisius Mbappeyə penalti zərbəsini vurmağı həvalə etməklə çox comərd davrandı. Onların yaxşı münasibəti var”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar