Bundesliqa klubundan “Əl-Nəsr”ə

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Almaniya Bundesliqasında çıxış edən futbolçunu transfer edib.

Spots.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, asiyalılar “Leypsiq”dən Mohamed Simakanla anlaşıb.

24 yaşlı fransalı müdafiəçinin bu keçidi "Əl-Nəsr"ə 45 milyon avroya başa gəlib.

Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldonun da heyətində yer aldığı “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasında beşinci sırada qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar