PSJ-nin yarımmüdafiəçisi Səudiyyə Ərəbistanı klubuna keçdi

Fransanın PSJ klubunun və Portuqaliya millisinin yarımmüdafiəçisi Danilo Pereyra Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"a keçib.

Sports.az Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Yerli mətbuatın yazdığına görə, transfer məbləği 5 milyon avro təşkil edib.

Yarımmüdafiəçi PSJ-də 157 oyun keçirib və 10 qol vurub. O, Portuqaliya millisinin formasında meydana çıxdığı 74 oyunda 2 dəfə fərqlənib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar