Rabyo “Barselona”ya xidməti müqabilində qiymət oxudu

Hazırda azad agent qismində klubsuz olan 29 yaşlı frasız mərkəz yarımmüdafiəçisi Adrien Rabyo onunla maraqlanan “Barselona”dan, “blauqrana”ya xidməti müqabilində 10 milyon avro məbləğində ödəniş istəyib.

Sports.az xəbər verir ki, Kataloniya klubu fransız futbolçunun müvafiq məbləğdə maaş gözləntilərini qarşılamağa hazır deyil.

“Barselona”, Rabyo daha az maaşa razı olacağı şərti ilə və ya “blauqrana”nın hazırkı oyunçularından birinin zədə alacağı və uzun müddəti buraxacağı təqdirdə fransız futbolçu ilə müqavilə bağlaya bilər. Bu halda “Barselona” Rabyonu sıradan çıxmış futbolçunun əvəzinə iştirak ərizəsinə daxil edə biləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar