Kostiç Rusiya klubunun təklifini rədd etdi

“Yuventus”un cari mövsümdə hesablaşmaq fikrində olmadığı serb yarımmüdafiəçi Filip Kostiç yeni klub axtarışındadır.

Sports.az xəbər verir ki, adı açıqlanmayan Rusiya klublarından biri serb futbolçu ilə müqavilə imzalamağa çalışıb.

Kostiç isə Rusiyadan gəlmiş təklifi rədd edib. Kostiç həmçinin “Sauthempton”, “Aytraxt” (Frankfurt) və “Əl-Əyn”ə keçməkdən imtina edib. Hazırda Kostiç üçün yeganə iddiaçı Türkiyə nəhəngi “Qalatasaray” olaraq qalır.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar