“Real” Alfonso Deyvisin bu kluba qoşulması üçün fəaliyyətindən razıdır

“Real”, “Bayern”in kanadalı sol cinah müdafiəçisi Alfonso Deyvisin 2025-ci ilin yayında başa çatacaq müqaviləsinin müddətini uzatmaq üçün Münhen klubunun bütün təkliflərini rədd etməsi ilə ruhlanır.

Sports.az xəbər verir ki, 2025-ci il yanvarın 1-də “Real”, daha əvvəl razılaşdıqları kimi, kanadalı futbolçu ilə qanuni surətdə əmək müqaviləsi bağlaya biləcək.

Vurğulanır ki, “Real”ın cari fəlsəfəsi klublarla danışıqlara girmək deyil, maraqlandığı oyunçularla birbaşa ünsiyyət qurmaqdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar