Luis Enrike Bradli Barkolanı mətbuatdan müdafiə etdi

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa nəhənginin fransalı cinah hücumçusu Bradli Barkolanı tənqid edən mətbuatı cavablayıb.

Sports.az ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Nyukasl” ilə oyunu (2023/2024-cü illər Çempionlar Liqasında – redaktorun qeydi) xatırlayırsınızmı? Mətbuat üçün o, iki və ya üç dəfə qol qaçırdığından pis idi. İndi əlimizdə olan, Barkolanın təkmilləşdirilmiş növüdür, o, hamı kimi mövsüm boyu eniş-yoxuşları yaşayır. Mətbuat hər şeyi ya ağ, ya qara görmək istəyir. Amma bu, belə işləmir, həyatda nüanslar var”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar