“Bayern” düşərgəsi Musialanın müdafiəsinə qalxdı

“Bayern”in idman direktoru Kristof Froynd alman keçmiş futbolçu Ditmar Hamanın Münhen klubunun alman hücumameylli yarımmüdafiəçisi Camal Musialanı tənqid etməsi ilə bağlı mövqeyini bildirib.

Sports.az xəbər verir ki, daha əvvəl Hamann Musialanı meydanda “tək artist” adalandırmış və onu “Bayer”in alman yarımmüdafiəçisi Florian Virts ilə əvəz etməyə üstünlük verdiyini bildirmişdi.

“Mən bu fikri azacıq cəfəng və uzaqgörməz hesab edirəm. Başqa ölkələrdə belə imkanlara malik bu cür gənc futbolçulara yüksək qiymət verilərdi. Şükür etmək lazımdır ki, ölkənizin belə bir oyunçusu var. Musiala dünya səviyyəli futbolçudur”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar