“Bayern”in əsas ulduzlarından biri “Barselona”ya keçməyi çox istəyir

“Bayern”in alman yarımmüdafiəçisi Yozua Kimmix həqiqətən “Barselona”ya keçmək istəyir.

Sports.az xəbər verir ki, 29 yaşlı Kimmixin “Bayern”lə müqaviləsi 2025-ci ildə başa çatacaq və alman futbolçu azad agent qismində “Barselona”ya qoşulmağı düşünür.

Bildirilir ki, Kimmix hətta Xavinin dövründə də “Barselona” layihəsi ilə maraqlanırdı, həmvətəni “Hansi” Flikin “blauqrana”nın sükanı arxasına gəlişi isə alman oyunçunun Kataloniya klubuna keçmək istəyini daha da gücləndirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar