Raşford ünvanına yönəlmiş tənqidlərdən narahatdır

“Mançester Yunayted”in ingilis cinah hücumçusu Markus Raşford “qırmızı şeytanlar”ın keçmiş oyunçularının tənqidlərindən narahatdır.

Sports.az ingilis futbolçunun ətrafındakı mənbənin bu barədə fikrini təqdim edir:

“Başqası pis ötürmə verəndə bu barədə danışmırlar. Amma Markus bunu edəndə tamam başqa cür olur.

Klub mərkəz hücumçularına 100 milyon funt-sterlinq xərcləyib, Markus isə meydana köməkçi kimi qayıdıb. Bu baxımdan o, öz işini yerinə yetirir. İmkanların əldən verilməsi Markusun təqsiri deyil”, – Raşforda yaxın mənbə bildirir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar