Ten Haq Kazemiroya inanır

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro haqda danışıb.

Sports.az xəbər verir ki, niderlandlı mütəxəssis braziliyalı “dayaqçı”nın bu mövsümün əvvəlindəki oyun səviyyəsi ilə bağlı fikrini paylaşmaqla yanaşı, Kazemiroya inandığını ifadə edib:

“O, mütləq lazımdır. Əlbəttə, onunla ünsiyyət qururam. Ancaq hər kəsin pis günü ola bilər.

O, təcrübəlidir və mən onun ilk dəfə pis oynadığını düşünmürəm. İndi o, bu dövrü keçməlidir. Amma bu, adi bir haldır, çünki eniş-yoxuşlar olur. O, bunun öhdəsindən necə gələcəyini bilir. Elə bir insan yoxdur ki, onun karyerası ancaq yüksəlişlə davam etsin”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar