Rivaldo Vinisiusla Mbappe arasında anlaşma gərək olduğunu düşünür

Braziliya futbolunun əfsanəsi Rivaldo Vinisius Junior və Kilian Mbappenin “Real”dakı qarşılıqlı münasibətindən danışıb.

Sports.az Rivaldonun bu barədə fikrini təqdim edir:

“Bəzi oyunlarda belə görünür ki, Vinisius və Mbappe bir-birinə ötürmələr vermirlər. Deməli, həqiqətən də aralarında nəsə baş veribsə, yaxşı olar ki, bir daha təkrarlanmasın. Vinisius və Mbappe razılığa gəlməli və bununla da fitnə-fəsadlardan qaçmalıdırlar. Çünki onların hər ikisi böyük klubda oynayan böyük oyunçulardır və hər ikisi eyni məqsədlə oynayırlar – “Real”ı çempion etmək, çoxlu qənimətlət qazanmaq və çoxlu qollar vurmaq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar