Deku “Barselona” üçün məhz Flikin baş məşqçi seçilməsini əsaslandırdı

“Barselona”nın idman direktoru Deku alman mütəxəssis Hans-Diter Flikin “blauqrana”nın baş məşqçisi təyin edilməsinə səbəb olan keyfiyyətləri ilə bağlı sualı cavablayıb.

Sports.az Dekunun bu barədə cavabını təqdim edir:

“Biz onda başqalarında olmayan nəyi sezdik? Yaxşı məşqçilər hər zaman yaxşı var. “Barsa”da Xavinin qərarı məlum olanda diqqətimizi “Hansi”yə yönəltdik. O, təcrübəli, sakit insandır. Xasiyyətindən əlavə, idarə etmək bacarığı olan məşqçidir, axı o, çox şey yaşayıb. Uzun illər çalışdırıb. Bu, bizim getmək istədiyimiz yoldur”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar