“Mançester Yunayted”ə keçidim heç kimə xeyir gətirmədi”

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi, “Jirona”da çıxış edən Donni van de Bek 2020-ci ildə İngiltərə klubuna keçidi haqda danışıb.

Sports.az niderlandlı futbolçunun bu barədə fikrini təqdim edir:

“Yenidən futboldan həzz almağa çalışıram və uğur qazanıram.
“Mançester Yunayted”ə keçidim? Aydındır ki, bundan hər iki tərəf üçün də yaxşı bir şey ortaya çıxmadı. Bu keçmişdədir, amma bu klub haqqında pis bir söz deməyəcəyəm. Əlbəttə, çox oynamadım, amma çox şey öyrəndim. Məni yaxşı futbolçular və klub strukturundan adamlar əhatə edirdləri. Bu təcrübəni özümlə gələcəyə götürəcəyəm”.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar