Kyelliniyə “Yuventus”da vəzifə verildi

"Yuventus"un sabiq kapitanı Corcio Kyellini Turin klubuna rəhbər vəzifədə qayıdıb.

Sports.az klubun saytına istinadən xəbər verir ki, keçmiş müdafiəçi milli və beynəlxalq futbol qurumları ilə çalışacaq.

Kyellini sentyabrın 16-da institusional futbol əlaqələri rəhbəri kimi fəaliyyətə başlayacaq.

Kyellinin avqustda 40 yaşı tamam olub. O, 2023-cü ildə futbolçu karyerasını başa vurub. Müdafiəçi 2005-2022-ci illərdə "Yuventus"da çıxış edib. Turinlilərin heyətində o, 9 dəfə İtaliya çempionu olub, hərəyə 5 dəfə ölkə kuboku və Superkubokunu qazanıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar