“Burada özümü bu qədər rahat hiss etdiyim üçün xoşbəxtəm” - Sanço

“Çelsi”nin cinah hücumçusu Ceydon Sanço İngiltərə Premyer Liqasının 4-cü turunun “Bornmut”la oyununda (1:0) “zadəganlar”ın heyətində debütündən danışıb.

Sports.az xəbər verir ki, ingilis futbolçu bu oyunda bir məhsuldar ötürmə verib.

“Çelsi”də debüt etmək heyrətamizdir. Yenidən oynaya bildiyim üçün çox minnətdaram. Komanda çox yaxşı çıxış etdi və üç xal qazandıq.
Bu məqam üçün çox çalışdım və öz fürsətimi əldə etdiyim üçün xoşbəxtəm. Ötən mövsümü Çempionlar Liqasının finalına yüksəlməklə əla başa vurmuşdum. Bunun üçün bütün heyətə və komanda yoldaşlarına təşəkkür etməliyəm. Klubda olduğum ilk gündə məni isti qarşıladılar. Burada özümü bu qədər rahat hiss etdiyim üçün xoşbəxtəm”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar