Dünya futbolu
Laporta “Real”ın iki penalti hesabına qələbəsinə eyham vurdu
16.09.2024 | 15:30
“Barselona”nın prezidenti Joan Laporta İspaniya La Liqasının “Real Sosyedad”la 4-cü tur oyununda “Real”ın xeyrinə verilmiş iki penaltiyə eyham vurub.
Sports.az xatırladır ki, “qaymaqlılar” bu iki penaltinin hər ikisini qola gerçəkləşdirərək, səfərdən 2:0 hesablı qələbə ilə qayıdıblar.
Jurnalistlər Laportanı La Liqanın 4-cü turunun “Jirona”a ilə oyunundan əvvəl nahara yollanarkən, avtomobilini tərk edən zaman “yaxalayıblar”:
– Bu prezident nəcə də qəşəng görünür…
Laporta bu məqamda “Real”ın bostanına yekə bir “daş ataraq”, “qaymaqlılar”ın prezidenti Florentino Perəsə də “ilişib”:
– Bu, bizim xeyrimizə penaltinin təyin olunması üçün gərəkdir. Kimsə hələ iki penalti də pay aldı!