Flik “Qızıl top”a kimi layiq bilir?

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik ötən mövsüm üçün “Qızıl top”u qazanmağa kimin layiq olduğu ilə bağlı sualı cavablayıb.

Sports.az xəbər verir ki, alman mütəxəssis “Jirona” ilə oyun (4:1) ərəfəsində keçirdiyi mətbuat konfransında jurnalistin müvafiq sualına “almansayağı” cavab verib:

“Bu, yaxşı sualdır. Amma bu məsələyə münasibət bildirmək mənim işim deyil. Əla keyfiyyətə malik fantastik futbolçular var, mən isə müvafiq mövzuda açıq danışmaq fikrində deyiləm. Yenə deyirəm, bu, mənim işim deyil”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar