Kapello “Milan”ın mövsümdə ilk qələbəsini şərh etdi

“Milan” “Vensiya” ilə 4-cü tur ev oyununda İtaliya A Seriyasının yeni mövsümündə ilk qələbəsini qazanıb – 4:0.

Sports.az xəbər verir ki, “rossoneri”nin keçmiş baş məşqçisi, italyan mütəxəssis Fabio Kapello oyunda bəyəndiyi “Milan” futbolçuların çıxışını şərh edib:

“Oyunda Fofananı xüsusilə bəyəndim, o, meydanın mərkəzində çox vacib rol oynayır. O, heç vaxt baxışlarını aşağı salmırdı, ancaq oyunçuların fəaliyyətlərini izləyirdi. Hətta hesab 4:0 ikən belə, o, top almağa cəsarətlə girişirdi. Abraham da yaxşı çıxış etdi və nəhayət, əvvəlki Leau qayıtdı. Ona azacıq sabitlik gərəkdir.
Nəhayət, “Milan”ın təpkisini və təzyiqini gördük”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar