Mendi “Real”la müqaviləsini yeniləyəcək

“Real” yaxın günlərdə fransalı sol cinah müdafiəçisi Ferland Mendi ilə müqaviləsinin müddətini uzadacaq.

Sports.az xəbər verir ki, yeni müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Bildirilir ki, müqavilənin uzadılması ilə bağlı danışıqlar bütün yay boyu aparılıb.

Vurğulanır ki, kanadalı sol cinah müdafiəçisi Alfonso Deyvisin “Bayern”dən mümkün gəlişi ilə bağlı şayiələrə rəğmən, “qaymaqlılar”ın baş məşqçisi Karlo Ançelotti Ferlan Mendini komandada saxlamaqda şəxsən israr edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar