“Arsenal”ın tərəqqisi boyunlarında medalla yekunlaşmalıdır”

İngiltərə yığmasının və “Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill “Arsenal”ın baş məşqçisi Mikel Artetanın “topçular”la müqavilə müddətini uzatmasını şərh edib.

Sports.az xatırladır ki, tərəflər əməkdaşlığı 2027-ci ilin yayına qədər müddətə uzadıblar.

“Arteta yeni üç illik müqaviləni bir məqsədlə bağladı – Premyer Liqa çempionluğunu qazanmaq. Bunu təkcə o deyil, həm də futbolçular, azarkeşlər, idarə heyəti gözləyirlər. Bu nəyəsə gətirib çıxarmalıdır. Onların tərəqqisi boyunlarında çempionluq medalı ilə başa çatmalıdır”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar