Ronaldo baş məşqçisiz qaldı

Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" kollektivi baş məşqçisi Luiş Kaştru ilə yollarını ayırıb.

Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis son dövrlərdəki uğursuz nəticələrə görə vəzifəsindən qovulub.

Portuqaliyalı çalışdırıcı 2023-cü ildən Asiya təmsilçisinin uğurları üçün çalışırdı.

"Əl-Nəsr" klubu son 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə məğlub olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar