“Abramoviç məndən “Çelsi”də qalmağımı xahiş etmişdi” - Jirkov

Rusiya yığmasının və “Çelsi”nin sabiq yarımmüdafiəçisi Yuri Jirkov “zadəganlar”dan ayrılması ilə bağlı xatirəsini paylaşıb.

Sports.az keçmiş rusiyalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Anji”yə keçmək həyatımdakı ən çətin qərarlardan biri idi. Bir tərəfdən də oynamaq istəyirdim. İngiltərədə həyat çətinliklərim vardı. Abramoviç məndən “Çelsi”də qalmağı xahiş etdi, amma mən imtina etdim. Transferdən əvvəl onunla söhbətimiz olub. Oynayacağıma söz verdi, amma inanmadım. İndi yuxusuz gecələrimdə bunu xatırlayıram (gülür). Təəssüf ki, onun sözünü qulaqardına vurdum. Amma olan – olub, keçən – keçib”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar