Markinyos Juan Neveşin PSJ-yə uyğunlaşmasını qiymətləndirdi

PSJ-nin kapitanı Markinyos bu yay Paris təmsilçisinə qoşulmuş gənc portuqal yarımmüdafiəçi Juan Neveşin komandaya uyğunlaşmasını qiymətləndirib.

Sports.az braziliyalı futbolçunun bu barədə fikrini təqdim edir:

“O, oyuna və komandaya tez uyğunlaşdı. Bizim oyun fəlsəfəmiz var ki, belə mühüm mövqedə baş məşqçinin tələbləri əsasında komanda yoldaşlarının, xüsusən də yarımmüdafiə xəttində, nə istədiklərini ayırd etmək o qədər də asan deyil. O, ilk oyunlardan bu səviyyədə oynamağı bacarırdı. Bu, yaxşıdır. Çox gənc olsa da, belə bir futbolçunun olması bizim üçün çox vacibdir. O, yetkin futbolçudur, heyətimizə hazır gəlib. Hamı ondan razıdır, tərəqqisinə davam etsin”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar