“Safonov Donnarummaya təzyiqi artırmağa hazırdır” - Fransa mətbuatı

PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov daha ehtiyat qapıçı roluna dözmək fikrində deyil.

Sports.az xəbər verir ki, Fransa mətbuatı bu qənaətdədir.

Matvey Safonov, daha əvvəl xəbər verildiyi kimi, əsas qapıçı Canluici Donnarummanın yüngül zədə alması səbəbindən “Jirona” ilə qarşıdakı Çempionlar Liqası oyununda komandanın başlanğıc heyətində yer alacaq.

Beləliklə, rusiyalı qapıçı bu fürsətini PSJ-nin məşqçilər qərargahının planlaşdırdığından da tez əldə edəcək və iddiasını ortaya qoymağa hazırdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar