“İlkay formada olanda…” - Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçi İlkay Gündoğanın “şəhərlilər”in heyətinə təsirindən danışıb.

Sports.az ispan mütəxəssisin türkəsilli almaniyalı futbolçu haqda müvafiq fikrini təqdim edir:

“Gündo” heyətimizə qayıtdıqdan sonra onun çıxış etdiyi mövqe möhkəmləndi. O, yaxşı formada olanda onun yerinə kimisə seçmək çətindir. Qalanlarına bu mövqe uğrunda rəqabət qalır.
Mən növbələşmə etmək istəyirəm, bu başa çatdıqdan sonra oyunçular buna hazır olduqlarını sübut etməlidirlər. İstəyirəm ki, hamısı buna cəlb olsun və təravətli qalsın. Bununla belə, futbolçular meydana çıxmağa hazır olmalıdırlar”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar