Pep Qvardiola Lautaro Martinesin “Qızıl top”u qazana biləcəyinə inanır

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “İnter”in argentinalı hücumçusu Lautaro Martines haqda fikrini paylaşıb.

Sports.az ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“O, “Qızıl top”u qazana bilər. Mən bu mükafatı “Mançester Siti”nin oyunçularından birinin qazanmasını üstün tutardum, amma o, inanılmaz oyunçudur. Əgər sən “İnter”də kapitansansa, Argentina yığmasında oynayırsansa, Dünya Kubokunu və Amerika Kubokunu qazanırsansa, deməli, sən mütləq xüsusi bir futbolçusan”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar