“Arsenal”ın futbolçusunun zədəsi ciddidir

"Arsenal"ın müdafiəçisi Martin Edeqor ciddi zədə alıb.

Sports.az xəbər verir ki, o, Norveç millisinin heyətində Millətlər Liqasının oyunu zamanı sıradan çıxıb.

Müayinə zamanı 25 yaşlı oyunçunun topuq bağlarından birində zədə aşkarlanıb.

"Topçular"ın baş məşqçisi Mikel Arteta futbolçusunun bir neçə ay yaşıl meydanlardan kənar qalacağını vurğulayıb.

Edeqor 2021-ci ildən "Arsenal"da çıxış edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar