Safonovun PSJ-dəki maaşı məlum oldu

Rusiya yığmasının qapıçısı Matvey Safonovun PSJ-dəki maaşı məlum olub.

Sports.az xəbər verir ki, rusiyalı qapıçının maaşı ayda təxminən 400 min avro məbləğindədir.

Vurğulanır ki, parislilərin italyan əsas qapıçısı Canluici Donnarumma iki dəfə çox – ayda 849 min avro məbləğində qazanır.

PSJ-nin kosta-rikalı keçmiş iki nömrəli qapıçısı Keylor Navas isə ötən mövsüm ayda təxminən 572 min avro məbləğində maaş alırdı.
Xatırladaq ki, Matvey Safonov PSJ-yə geridə qalmış yay transfer pəncərəsində keçib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar