“Şaxtyor”un Sudakovun müqabilində “Napoli”dən tələbi məlum oldu

Donetsk “Şaxtyor”u komandanın ukraynalı yarımmüdafiəçisi Georgi Sudakovun “Napoli”yə keçidi müqabilində Neapol klubundan 55-60 milyon avro məbləğ civarında ödəniş tələb edir.

Sports.az xəbər verir ki, futbolçunun 40 milyon avro məbləğə satın alınması ilə bağlı ilk təklifi “Napoli” edib, amma Ukrayna klubu məbləğin çox az olduğunu nəzərə alaraq, bu təklifi rədd edib.

Vurğulanır ki, Sudakovun Çempionlar Liqasında “Şaxtyor”un heyətində çıxış etməsi kluba çoxlu pul qazanmağa imkan verəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar