İbrahimoviç Osimhenlə bağlı suala cavabdan yayındı

“Milan” prezidentinin müşaviri Zlatan İbrahimoviç “rossoneri”nin yay transfer pəncərəsində fəaliyyətini qiymətləndirib.

Sports.az xəbər verir ki, “İbra” “Napoli”nin hazırda “Qalatasaray”da icarə əsasında çıxış edən nigeriyalı mərkəz hücumçusu Viktor Osimhenlə bağlı sualı cavablamaqdan yayınıb:

“Yay ​​bazarı istədiyimiz kimi keçdi. Biz çatışmayan futbolçuları aldıq. Bizə daha çox hücum xəttini gücləndirmək gərək idi və biz Abrahamla müqavilə bağladıq.

Osimhen əldə etməyə çalışmışıqmı? Bu barədə heç nə deməyəcəyəm”, deyə isveçli mütəxəssis bildirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar