Xavi “Barselona”dan inciyib

“Barselona”nın keçmiş baş məşqçisi Xavi hesab edir ki, Kataloniya klubu hazırda, onun “blauqrana”nın düşərgəsindəki işini gözdən salmaq və komandanın cari çalışdırıcısı, alman mütəxəssis Hans-Diter Flikin fəaliyyətini tərifləmək məqsədi daşıyan tədbir aparır.

Sports.az xəbər verir ki, ispan mütəxəssis daha əvvəl, Flikin rəhbərliyi altında futbolçuların fiziki hazırlığı üzərində daha çox işləməyə başladığını və indiki vəziyyətdə hətta oyunun sonlarında da oyunun nəbzinə nəzarət imkanlarına malik olduqlarını demiş ispan yarımmüdafiəçi Pedrinin sözlərindən inciyib.

Xavinin əməkdaşlıq dövründə fəal surətdə dəstəklədiyi Pedrinin sözlərindən son dərəcə təəccübləndiyi vurğulanır.

Xatırladaq ki, Xavi 2021-ci ildən 2024-cü ilə qədər “Barselona”da baş məşqçi vəzifəsində çalışıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar