Vinisiusu təhqir etmiş azarkeşi nəhəng cərimə gözləyir

İspaniya Ali İdman Şurasının (CSD) zorakılıqla mübarizə üzrə komissiyası sosial şəbəkələrdə “Real”ın braziliyalı cinah hücumçusu Vinisius Juniora qarşı dəfələrlə irqçi təhqirlər yaymış azarkeşi 60 min avro məbləğində cərimələməyi təklif edib.

Sports.az xəbər verir ki, pul cəriməsi ilə yanaşı, bu azarkeşə iki il müddətinə idman tədbirlərinə qatılmaq da qadağan edilə bilər.

Müvafiq komissiya, azarkeşi, irqi zəmində nifrət salmaqda ittiham etmək üçün əsaslar aşkar edilərsə, işin prokurorluğa göndərilməsinə də razılıq verib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar