Morata “Milan”ın “Liverpul”a məğlubiyyətini şərh etdi

“Milan”ın ispan hücumçusu Alvaro Morata Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda “Liverpul”a 1:3 hesablı ev məğlubiyyətini şərh edib.

Sports.az ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Biz oyuna yaxşı başladıq, amma standart vəziyyətdən buraxdığımız iki qolun təsirini ötüşdürmək çətin oldu. Görüləcək çox iş var.
Çətin vəziyyətlərə daha yaxşı qarşılıq verməliyik. Belə komandalara qarşı hər xırda xüsus böyük fərq yarada bilər”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar