Rodri “Qızıl top”a namizədliyi haqda: “Hiss edirəm ki…”

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Qızıl top”a namizəd olduğunu öyrəndikdən sonra keçirdiyi duyğuları dilə gətirib.

Sports.az ispan futbolçunun bu barədə sözlərini təqdim edir:

“İndi həqiqətən hiss edirəm ki, insanlar işimi qəbul edir və məni “Qızıl top”u qazanmağa sövq etməyə çalışırlar. İndi düşündüyüm bu deyil, amma bu, bir xəyal olardı, əlbəttə. Bu nöqtəyə gələcəyimi heç düşünməzdim”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar