“Atlanta Yunayted”in çalışdırıcısı: “Mirançuk gözəl insandır”

MLS təmsilçisi “Atlanta Yunayted”in baş məşqçisi vəzifəsinin müvəqqəti icraçısı Rob Valentino komandaya yeni gəlmiş rusiyalı yarımmüdafiəçi Aleksey Mirançukla işləməsi barədə ilk təəssüratını paylaşıb.

Sports.az amerikan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mirançuk artıq komandaya və liqaya yüz faiz uyğunlaşıbmı? Bunu faiz nisbəti ilə demək çətindir. O, çox tez uyğunlaşır. Təbii ki, ona vaxt gərəkdir. Amma daha yüz faizə yaxındır. Bununla belə, deyə bilərəm ki, o, gözəl insandır və meydanda özünü yaxşı tərəfdən göstərir. Daha tərəfdaşları ilə də yaxşı qarşılıqlı əlaqəsi var”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar