ÇL: İlk tura bu gün yekun vurulacaq

2024/2025 mövsümdən yeni formatda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turuna bu gün yekun vurulacaq.

Sports.az xəbər verir ki, maraqlı görüşlərdən biri İtaliyada keçiriləcək.

Avropa Liqasının son qalibi "Atalanta" doğma meydanda İngiltərənin "Arsenal" klubu ilə üz-üzə gələcək. İspaniyanın "Barselona" klubu isə Fransada "Monako"nun qonağı olacaq. İspaniyanın digər komandası "Atletik" doğma meydanda Almaniya təmsilçisi "Leyptsiq"lə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci turun oyunları oktyabrın 1-də başlayacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi

19 sentyabr

20:45. "Srvena Zvezda" (Serbiya) - "Benfika" (Portuqaliya)
20:45. "Feyenoord" (Niderland) - "Bayer" (Almaniya)
23:00. "Atalanta" (İtaliya) - "Arsenal" (İngiltərə)
23:00. "Atletik" (İspaniya) - "Leypsiq" (Almaniya)
23:00. "Monako" (Fransa) - "Barselona" (İspaniya)
23:00. "Brest" (Fransa) - "Şturm” (Avstriya)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar