Premyer Liqada ötən mövsümün ən yaxşı futbolçusu və məşqçisi açıqlandı

Rusiya Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı futbolçusu və məşqçisi müəyyənləşib.

Sports.az Rusiya Futbol İttifaqının mətbuat xidmətinə əsasən xəbər verir ki, ən yaxşı futbolçu adına Moskva “Dinamo”sundan Konstantin Tyukavin layiq görülüb.

“Zenit”in "sükanı arxasında" olan Sergey Semak ən yaxşı baş məşqçi seçilib. “Krılya Sovetov”un üzvü Nikita Saltıkov isə ən yaxşı gənc futbolçu (21 yaşadək) üçün ayrılan mükafata yiyələnib.
 

 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar