“Dinamo”nun baş məşqçisi istefaya göndərildi

Xorvatiyanın “Dinamo” klubu baş məşqçisi Sergey Yakiroviçlə yolları ayırıb.

Sports.az Zaqreb klubunun saytına istinadən xəbər verir ki, komandanın Çempionlar Liqasının Liqa mərhələsində "Bayern"ə 2:9 hesabı ilə uduzduğu oyundan sonra bu qərar verilib.

Mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Yakiroviç 2023-cü ilin yayından Zaqreb təmsilçisini çalışdırırdı.

“Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (3:0, 2:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb. 

Komanda ölkə çempionatında 13 xalla 3-cü pillədə qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar