Fransa mətbuatı qapıçı Safonovun çıxışını qiymətləndirdi

Fransa mətbuatı Çempionlar Liqasının 1-ci turunda “Jirona” ilə oyunda (1:0) debütündən sonra PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov haqda qənaətə gəlib.

Sports.az xəbər verir ki, ümumilikdə rusiyalı qapıçının səviyyəsi şübhə doğurmayıb.

Amma bir uğurlu çıxışın Safonov üçün, PSJ-nin italyan əsas qapıçısı Canluici Donnarummanı yerindən dəbərtməyə kifayət etmədiyi vurğulanır.

Həmçinin bildirilir ki, Safonov PSJ-də Donnarummaya etibarlı əvəzləyicidir.

Vurğulayaq ki, artıq adından söz etdirmiş rusiyalı qapıçının özü PSJ-nin əsas qapıçısı olmağa iddialıdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar