Xose Ximenes “Leypsiq” üzərində qələbəni şərh etdi

Madrid “Atletiko”sunun ispan müdafiəçisi Xose Ximenes Çempionlar Liqasının 1-ci turunda “Leypsiq” üzərində əzmkar ev qələbəsini (2:1) şərh edib.

Sports.az ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Komanda heç vaxt mübarizəsinə, xəyallar qurmasına və inamına xitam vermədi, sonda isə qol vuruldu ki, bu da oyun boyu bütün zəhmətin mükafatı idi”, deyə Ximenes vurğulayıb.

Xatırladaq ki, məhz Ximenes oyunun 90-cı dəqiqəsində “döşəkçilər”in fransalı hücumçusu Antuan Qrizmanın ötürməsindən qolla fərqlənib və məhz bu qol “Atletiko”nun qələbəsini təmin edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar